Gəncə sakini Bakıda arvadını boğaraq öldürüb

Gəncə sakini Bakıda arvadını boğaraq öldürüb

18 Noyabr 2019 10:23
Bəyəndim (2) Bəyənmədim (0)

Oxumeni.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Dönməz Cəmşidzadə kirayədə yaşadığı mənzildə həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedib. O, daha sonra Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)