Evə basqın nəticəsində dörd nəfər həlak olub - Video

Evə basqın nəticəsində dörd nəfər həlak olub - Video

18 Noyabr 2019 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında yerləşən Fresno şəhərində fərdi evə basqın nəticəsində azı dörd nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, naməlum şəxslər gecə vaxtı evə soxularaq sakinləri və onların qonaqlarını atəşə tutub.

Həlak olanlardan üçü hadisə yerində, biri isə xəstəxanada ölüb. Polis insidentlə bağlı təhqiqata başlayıb. Cinayətkarların şəxsiyyətinin müəyyən olunması və tutulması istiqamətində işlər aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)