Braziliyada şəhər meri qətlə yetirilib

Braziliyada şəhər meri qətlə yetirilib

27 Dekabr 2019 22:49
Bəyəndim (1) Bəyənmədim (0)

Braziliyanın Ribeyran-Bonitu şəhərinin meri, Braziliya Sosial Demokrat Partiyasının (PSDB) üzvü, 57 yaşlı Fransişku Xose Kampaner dekabrın 26-da naməlum şəxslər tərəfindən güllələnib.

Oxumeni.az Braziliya KİV-lərinə istinadla xəbər verir ki, hadisə vaxtı mer bu kiçik bələdiyyənin ərazisində maşında yol gedirmiş.

Son 10 gün ərzində Braziliyada ikinci hadisədir ki, meri qətlə yetirirlər. Ötən həftə Qranceyru Joao meri Qreqorio Netu güllələlib. O, dələduzluğa və dövlət pullarının mənimsənilməsinə görə istintaq altında idi.

Ribeyran-Bonitu meri Fransişku Xose Kampaner öz avtomobilində güllələnib. Onu müşayiət edən iki nəfər yaralanıb və xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükə yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az