ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

ABŞ-da 2019-cu ildə kütləvi qətllərin sayı rekord həddə çatıb

29 Dekabr 2019 10:42
Bəyəndim (0) Bəyənmədim (0)

2019-cu ildə ABŞ-da 41 kütləvi qətl hadisəsi baş verib. Bu son 50 il ərzində rekord göstəricidir.

Oxumeni.az-ın məlumatına görə, bu barədə "Associated Press", "USA Today" və Şimal-Şərq Universitetinin hazırladıqları hesabatda deyilir.

Bildirilir ki, bu kütləvi qətllərin hər birində azı 4 nəfər ölüb. Qətllərin 33 faizində odlu silahdan istifadə edilib.

Ümumilikdə 41 kütləvi qətl hadisəsi nəticəsində 210 nəfər həlak olub.

Ən çox kütləvi qətl hadisələri Kaliforniyada qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az