Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü

Bakıda əri tərəfindən döyülən gənc qadın xəstəxanada öldü

29 Dekabr 2019 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda ər arvadını öldürüb. Oxumeni.az-ın verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda baş verib.

Goranboy rayon sakini, 29 yaşlı Yavər Əliyev dekabrın 26-da Zabrat-Pirşağı şossesinin "İstixana" deyilən ərazisində yolun kənarında arvadı, 24 yaşlı Nuranə Əliyevanı qısqanclıq zəminində yumruq və təpiklə döyüb. N. Əliyeva yerləşdirildiyi 3 saylı Şəhər Klinik Xəstəxanasında dekabrın 28-də vəfat edib.

Meyitin daxili müayinəsi üçün məhkəmə tibb ekspertizası təyin edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb və istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az