Narkotik vasitə satıcısı Elvin Muradov tutularaq istintaqa təqdim edilib
Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs Səbail Rayon Polis İdarəsi və 9-cu polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxlanılıb.
Oxuməni.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat zamanı paytaxt sakini Elvin Muradov tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman 50 qram qurudulmuş marixuana, həmçinin 295 ədəd güclü təsiredici psixotrop maddələr olan ekstazi və preqabalin həbləri aşkarlanaraq götürülüb. Elvin Murdov ifadəsində şəxsiyyəti istintaqla araşdırılan və xarici ölkələrdən birində yaşayan Samir adlı şəxsin sifarişi ilə Bakıda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib.
Faktla bağlı Elvin Muradov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən olunması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxuməni.az











































.jpg)










































.jpg)








