Qadın sürücünün yolunu kəsən şəxs həbs olunub

Qadın sürücünün yolunu kəsən şəxs həbs olunub

1 Dekabr 2020 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Binəqədi rayonunda qadın sürücünün azyaşlı övladları ilə birlikdə hərəkətdə olan zaman başqa bir nəqliyyat vasitəsinin sükanı arxasında olan şəxslə aralarında mübahisənin baş verməsi barədə videogörüntülər yayılıb.

Oxuməni.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, həmin görüntülər barədə dərhal araşdırmalara başlanılıb.

Məlum olub ki, noyabr ayının 28-də baş verən hadisə zamanı 99-VM-967 qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü, paytaxt sakini olan Təhməzov Vüqar Musa oğlu dəfələrlə manevr qaydalarını pozub və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradıb. İş üzrə aparılan araşdırmaları davam etdirmək məqsədilə sürücü V.Təhməzov Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə təhvil verilib. Sürücü Vüqar Təhməzov barəsində Polis Bölməsində inzibati protokol tərtib olunaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin 30 noyabr tarixli qərarı ilə V.Təhməzov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 sutka müddətinə inzibati qaydada həbs edilib.

Zaur