Səbinə Babayeva Alim və Fərqanə Qasımova ilə eyni səhnəni paylaşdı
Müğənni daha bir neçə xarici ölkələrə üz tutacaq
Azərbaycanı "Eurovision" Mahnı Müsabiqəsində təmsil etmiş Səbinə Babayeva ABŞ-ın Vaşinqton şəhərində konsert proqramı ilə çıxış edib. Əlavə edək ki, Səbinə xalq artisti, dünyaşöhrətli xanəndə Alim Qasımov və qızı Fərqanə Qasımova ilə eyni səhnəni bölüşüb. Konsertin aparıcılıq missiyası isə şoumen Murad Dadaşova həvalə edilib.
Səfərə çıxarkən qızdırmadan əziyyət çəkən Səbinə konsert zamanı xəstəliyini mümkün qədər tamaşaçılardan gizli saxlamağa çalışıb. Sənətçilərimiz alqışla qarşılanaraq, gül-çiçəklə yola salınıblar.
Qeyd edək ki, S.Babayeva tezliklə daha bir neçə xarici ölkədə konsert verməyi planlaşdırıb. Uğurlar!
Hazırladı: Könül Aypara
Digər xəbərlər





























































































