Almaniyada "casus ovu" davam edir: Daha iki rus casusu həbs edilib

Almaniyada "casus ovu" davam edir: Daha iki rus casusu həbs edilib

18 Aprel 12:01
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada xarici ölkələrin xeyrinə casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb. Bu barədə məlumat verən “Der Spiegel” nəşrinin yazdığına görə, xüsusi xidmət orqanları tərəfindən Bavariya federal əyalətinin Bayreut şəhərində keçirilən əməliyyat zamanı iki nəfər şəxs Rusiyanın xeyrinə casusluqda şübhəli bilinərək həbs edilib.

Həbs edilənlər vaxtı ilə Rusiyadan Almaniyaya köç edən alman əsilli Diter S və Aleksandr J ad-soyadlı şəxslərdir.

Onların 2023-cü ildə Rusiya xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb edildiyi və aldıqları tapşırıq əsasında hərbi obyektlərdə təxribatlar törətməyə razılıq verdikləri məlum olub.

Oxuməni.az