Tramp Baydenin onlarla fərmanını ləğv edəcək

Tramp Baydenin onlarla fərmanını ləğv edəcək

11 Noyabr 13:44
Bəyəndim (3) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində onlarla fərman imzalayaraq, Co Bayden administrasiyasının əmrlərini ləğv edəcək. Bunu “Fox News”a müsahibəsində Trampın seçki kampaniyasının sözçüsü Kerolayn Livit deyib.
"Bu, Co Bayden və Kamala Harrisin ilk Tramp administrasiyasının təsirli siyasətlərindən uzaqlaşmaq üçün imzaladıqları bütün fərmanlarının ləğvi olacaq" deyən Livit, Oval kabinetdə Trampın ilk həftəsində "onlarla fərmanı" imzalayacağını əlavə etdi.
Mətbuat katibinin sözlərinə görə, Baydenin vəzifədə olduğu ilk həftədə imzaladığı 94 fərmanı “sərhəddə və iqtisadi böhranlara gətirib çıxartdı”: "Buna görə Trump yenidən prezident seçildi - Bayden və Harris rəhbərliyinin geri dönməməsi üçün."
Almaz Həsənli