Ukraynada müharibə dövründə 53 868 nəfər itkin düşüb
Ukraynada 50 mindən çox insan itkin düşmüş hesab olunur. Onların arasında uşaqlar da var.
Bu barədə telemarafonun efirində Ukrayna daxili işlər nazirinin müavini Leonid Timçenkonun bəyan edib.
"Bu gün xüsusi şəraitdə itkin düşmüş hesab edilən 53 868 nəfər var", - Timçenko qeyd edib.
Eyni zamanda, 1700-dən çox uşaq xüsusi şəraitdə itkin düşmüş şəxslərin reyestrinə daxil edilib.
O izah edib ki, 2023-cü ilin sentyabrından itkin düşmüş hesab edilən şəxslərin axtarışını əlaqələndirmək səlahiyyəti Daxili İşlər Nazirliyinə həvalə edilib.
Bundan sonra Daxili İşlər Nazirliyində Xüsusi Vəziyyətlərdə İtkin düşmüş, itkin düşmüş şəxslərin məsələləri üzrə müvəkkilin katibliyi, habelə katibliyin regionlarda nümayəndəliyi yaradılıb.
Oxuməni.az
.
Digər xəbərlər