İlon Mask və Vivek Ramasvamin ABŞ hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklər

İlon Mask və Vivek Ramasvamin ABŞ hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklər

13 Noyabr 09:41
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sahibkarlar İlon Mask və Vivek Ramasvaminin ABŞ hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik edəcəklərini açıqlayıb.

“Mən İlon Mask və amerikalı vətənpərvər Vivek Ramasvami ilə əməkdaşlıq edərək onların Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcəyini elan etməkdən məmnunam”,-deyə Tramp bəyan edib.

O qeyd edib ki, "bu böyük amerikalılar" yeni prezident administrasiyasının "bürokratiyadan qurtulmasını, israfçı xərcləri azaltmasını və federal agentliklərinin yenidən strukturlaşdırmasını" təmin etmək üçün çalışacaqlar.

Noyabrın 11-də ABC telekanalı bildirmişdi ki, Mask Tramp administrasiyasının formalaşmasında əsas fiqurlardan birinə çevrilir. ABŞ seçkilərindən bəri Mask demək olar ki, hər gün Mar-a-Laqoda (Florida) yaşayan dövlət başçısının mülkündə olub və bununla da kadr qərarlarına birbaşa təsir edib.

Oxuməni.az