ABŞ qüvvələri Husi terrorçularının bir neçə raket və pilotsuz təyyarəsini məhv edib

ABŞ qüvvələri Husi terrorçularının bir neçə raket və pilotsuz təyyarəsini məhv edib

13 Noyabr 07:45
Bəyəndim (0) Bəyənmədim (0)

Birləşmiş Ştatların hərbi gəmiləri Bab əl-Məndəb boğazından keçərkən Husi terrorçularının atdığı pilotsuz təyyarələri və raketləri vurub. Hücumları dəf etmək üçün əməliyyata Amerikanın Abraham Linkoln gəmisindəki təyyarələri cəlb edilib.

Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) və Reuters agentliyi məlumat yayıb.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü general-mayor Patrik Rayderin sözlərinə görə, bazar ertəsi iki hərbi gəmi ən azı səkkiz pilotsuz təyyarə, beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə qanadlı raketlə hücuma məruz qalıb.

Amerika hərbi gəmiləri düşmənin raketlərini vurub və gəmilərə ziyan dəyməyib.

Bu arada, çərşənbə axşamı husilər Qırmızı və Ərəbistan dənizlərində Amerika döyüş gəmilərinə qarşı 8 saat davam edən iki əməliyyat barədə məlumat yayıb.

Husi terrorçularının sözçüsü bildirib ki, ilk əməliyyat Ərəb dənizində ABŞ-a məxsus təyyarədaşıyan gəmini hədəf alıb. İkinci əməliyyat isə Qırmızı dənizdəki iki Amerika esminesinə qarşı həyata keçirilib.
Xatırladaq ki, Amerika tərəfi müntəzəm olaraq Yəmən husilərinin pilotsuz təyyarələri, raketləri və digər silahlarının məhv edilməsi barədə məlumat verir. Qərb koalisiyası (ABŞ, İngiltərə və müttəfiqlər) sterrorçuların Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları səbəbindən belə hərəkətlər edir.

Bununla belə, yəmənli husi terrorçuları təkcə ticarət gəmiləri və tankerlərinə deyil, Qərbin hərbi gəmilərinə də hücum edir.

Belə ki, noyabrın sonunda məlum olub ki, yəmənli husi terrorçuları Ədən körfəzində ələ keçirilən tankerin azad edilməsində iştirak edən USS Mason gəmisinə iki ballistik raket atıblar.

Həmçinin bildirilib ki, noyabrın 9-da ABŞ ordusu Yəməndəki husi hədəflərinə hava zərbələri endirib. Silahlıların ölkə sahillərində gəmiləri atəşə tutduğu silah anbarları vurulub.

Oxuməni.az