Helsinkidə  Ukraynanın “finlandiyalaşmasına” qarşı çıxıblar

Helsinkidə Ukraynanın “finlandiyalaşmasına” qarşı çıxıblar

12 Noyabr 18:22
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Ukraynaya onun iradəsinə zidd olaraq neytrallıq tətbiq edilə bilməz, bu, “beynəlxalq sistemi məhv edəcək”. Rusiya hakimiyyəti Kiyevin NATO-ya daxil olmasını qəbuledilməz hesab edir.

Ukraynanı neytrallığa məcbur etmək Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə gətirib çıxarmayacaq, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Reuters agentliyinə bildirib.

Nazirin sözlərinə görə, ölkəsinin İkinci Dünya Müharibəsindən sonra izlədiyi “finlandiyalaşdırma” siyasəti, yəni neytrallıq və güzəştlər Kiyev üçün uyğun deyil.

“Bu, şübhəsiz ki, mənim Ukraynaya tətbiq edəcəyim bir şey deyil ”, - deyən xarici işlər naziri əlavə edib ki, Ukraynanı öz iradəsinə zidd şərtləri qəbul etməyə məcbur etmək “beynəlxalq sistemi məhv edəcək”.

1917-ci ilin dekabrında RSFSR Xalq Komissarları Soveti Finlandiyanın dövlət müstəqilliyi haqqında dekret qəbul etdi. 30 noyabr 1939-cu ildə Sovet-Fin və ya Qış müharibəsi başladı və 1940-cı il martın 13-dək davam etdi. Ölkələr arasında sülh müqaviləsi imzalanmış, Kareliya, Ladoqa gölünün qərb və şimal sahilləri, Finlandiya körfəzindəki bir sıra adalar Sovet İttifaqının nəzarətinə keçmişdir. İkinci Dünya Müharibəsi zamanı Finlandiya Almaniya ilə hərbi əməkdaşlıq haqqında dövlətlərarası və ya hərbi müqavilələr bağlamasa da, Almaniyanın tərəfində idi.

Oxuməni.az