Rusiya Afrikanın 20 milyard dollarlıq borcunu silib

Rusiya Afrikanın 20 milyard dollarlıq borcunu silib

13 Noyabr 09:32
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya artıq Afrika ölkələrinə olan 20 milyard dollarlıq borclarını silib və bu vəsaitlər də yenidən maliyyələşdirmə proqramı çərçivəsində inkişaf layihələrinə yönəldilir. Bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov Rusiya-Afrika nazirlərinin birinci konfransının yekunlarına dair TASS-a müsahibəsində deyib.

“Təxminən 20 milyard dollar silindi. İndi borcları inkişaf layihələrinə yönəltmək üçün yenidən maliyyələşdirmə proqramımız var”, - nazir müavini bildirib.

Onun sözlərinə görə, silinən borclar Afrikada sosial-iqtisadi layihələrin həyata keçirilməsinə” sərf olunacaq.

Oxuməni.az