Rafael Qrossi yaxın aylarda Rusiyaya səfər edəcək
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın aylarda Rusiyaya səfər edəcək. O, bu barədə TASS-a BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) Bakıda keçirilən 29-cu Tərəflər Konfransı çərçivəsində bildirib.
“Ümid edirəm ki, tezliklə Rusiya komandası ilə görüşümüz olacaq, dəqiq bilmirəm, amma yaxın bir neçə ayda orada olacağıma əminəm” , Rusiyaya nə vaxt səfər edə biləcəyi sualını cavablandırıb.
Kiminlə görüşə biləcəyi sualına Qrossi belə cavab verdi: “Görüşlər adətən Xarici İşlər Nazirliyi və “Rosatom”un nümayəndələri ilə olur”.
Oxuməni.az
Digər xəbərlər