Çin Rusiya ilə təhlükəsizlik məsələlərində koordinasiyanı gücləndirməyə hazırdır
Çinin xarici işlər naziri Van Yi çərşənbə axşamı günü iki ölkənin təhlükəsizliyinə və inkişaf maraqlarına toxunan məsələlərdə Rusiya Federasiyası ilə koordinasiyanı gücləndirməyə, həmçinin strateji qarşılıqlı etimad səviyyəsini artırmağa hazırdır.
“Bu il Çin və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümüdür”, - deyə Van Yi bildirib.
Onun sözlərinə görə, Çin və Rusiya arasında strateji təhlükəsizlik məsələləri üzrə məsləhətləşmə mexanizmi iki ölkə üçün mühüm kommunikasiya platformasıdır və bu, iki dövlət başçısının diplomatiyasına xidmət edir.
Oxuməni.az
Digər xəbərlər