Dövlət Duması rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan etməyi təklif edib

Dövlət Duması rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan etməyi təklif edib

12 Noyabr 15:06
Bəyəndim (1) Bəyənmədim (0)


Dövlət Dumasının deputatları rus dilini bilməyən miqrant uşaqların məktəblərə qəbulunu qadağan edən qanun layihəsini parlamentin müzakirəsinə çıxarmaq niyyətindədirlər. Bu barədə noyabrın 12-də Dövlət Dumasının teleqram kanalında məlumat verilib.
“Miqrant övladlarının məktəbə qəbulu zamanı onların Rusiya ərazisində olmalarının qanuniliyinin yoxlanılmasını, rus dilini bilməsi üçün məcburi sınaq imtahanının keçirilməsini, o cümlədən rus dili biliyi təsdiq edilmədən ümumi təhsil müəssisələrinə qəbulun qadağan edilməsini təklif edirik. Bununla bağlı müvafiq mövzuda qanun layihəsi təqdim olunacaq”, - deyə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib.
Deputatlar qərar layihəsinə noyabrın 20-də keçiriləcək plenar iclasda baxmağı planlaşdırırlar.
Volodin deputatların miqrant uşaqların məktəblərə qəbuldan imtina etdikləri halda onların icbari təhsil almasını necə təmin etmək niyyətində olduqlarını izah etməyib. Dövlət Rusiya qanunvericiliyinə və beynəlxalq standartlara uyğun olaraq bütün məktəb yaşlı uşaqlara icbari əsas təhsili təmin etməyə borcludur.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin miqrantların rus dilini bilməyən və ya zəif bilən uşaqları ilə iş alqoritminin yaradılması barədə göstəriş verib. O, həmçinin rus dilinin və Rusiya xalqlarının dəstəklənməsi sahəsində Dövlət Siyasətinin Həyata keçirilməsi üzrə Şuraya əmək miqrantları arasında rus dili biliklərinə qoyulan tələblərin səviyyələrini müəyyənləşdirmək və birləşdirmək tapşırılıb.
Almaz Həsənli