Koreya kəşfiyyat xidmətləri Kursk vilayətində döyüşən KXDR əsgərlərinin sayını açıqlayıb
Rusiya tərəfində Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak edən Şimali Koreyanın 10 900 hərbi qulluqçusu Kursk vilayətinin ərazisinə yerləşdirilib.
Bu barədə “Reuters” məlumat yayıb.
KXDR ordusu Rusiya hava-desant bölməsi və dəniz piyadalarının tərkibində yerləşdirilib.
"Şimali Koreya Ukraynadakı müharibə üçün özüyeriyən haubitsalar və çoxsaylı buraxılış raket sistemləri kimi əlavə silahlar göndərib", - bunu Milli Kəşfiyyat Xidmətinin məlumatlarına istinadən parlamentin kəşfiyyat komitəsinin üzvü Li Sonq Kven deyib.
Cənubi Koreyanın kəşfiyyat qurumları hələ də Şimali Koreya əsgərlərinin itkilərinin dəqiq sayını və ziddiyyətli məlumatlar fonunda onların təslim olub-olmadığını müəyyən etməyə çalışır.
Oxuməni.az
Digər xəbərlər