Tokayev Qazaxıstanda kritik obyektlərin təhlükəsizliyini gücləndirməyi əmr edib

Tokayev Qazaxıstanda kritik obyektlərin təhlükəsizliyini gücləndirməyi əmr edib

22 Noyabr 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ukraynada münaqişənin kəskinləşməsi ilə əlaqədar ölkədə əsas hərbi və mülki obyektlərin təhlükəsizliyinin təmin edilməsi barədə göstəriş verib. Bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali məlumat verib.

Prezident bu tapşırığı baş nazirə, onun administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə verib.

“Görülən tədbirlər barədə parlamentin palata sədrlərinə məlumat verilib. Ölkədəki işlərin vəziyyəti prezidentin şəxsi nəzarətindədir. Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, sakitliyi, asayişi qorumaqdır”, - Uali Facebook-da yazıb.

Dövlət başçısının mətbuat katibi xatırladıb ki, Qazaxıstan dəfələrlə hərbi əməliyyatlara son qoyulması məsələsinin danışıqlar yolu ilə həll olunmasının tərəfdarı olub.

Noyabrın 20-də Qazaxıstanın Ukraynadakı səfirliyi respublika vətəndaşlarına Ukraynanı tərk etməyi və ya aktiv döyüş əməliyyatları aparılan yerlərin yaxınlığındakı ərazini tərk etmək imkanını nəzərdən keçirməyi tövsiyə edib.

Oxuməni.az