Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək
Noyabrın 28-də Astanada KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası, Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclası keçiriləcək.
KTMT-nin məlumatına görə, təşkilatın baş katibi İmanqali Tasmaqambetova bu ərəfədə Qazaxıstanın müdafiə naziri, general-polkovnik Ruslan Jaksılıkovla görüşüb.
Tərəflər KTMT-nin məsuliyyət zonasında mövcud hərbi-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Tacikistan və Əfqanıstan arasında sərhədin möhkəmləndirilməsi üzrə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı proqramının qarşıdan gələn təsdiqinin vacibliyi qeyd edilib.
Oxuməni.az
Digər xəbərlər





































































.jpg)
.jpg)
.jpg)








.jpg)


