Qvineyada futbol matçında 100-ə yaxın adam ölüb
Qvineyada futbol matçında baş verən kütləvi dava və izdihamda azı 100 nəfər həlak olub. Bu barədə “NDTV” məlumat yayıb.
Faciə ölkənin ikinci böyük şəhəri olan Nzerekore şəhərində baş verib və burada Qvineya lideri Məmadi Dumbuyanın şərəfinə futbol turniri keçirilib. Bildirilir ki, iğtişaşlara səbəb turnirin final oyununda hakimin mübahisəli qərarına tribunaların reaksiyası olub. Hakimin qırmızı vərəqə göstərməsi və komandalardan birinə penalti təyin etməsindən sonra kütləvi dava başlayıb.
Polis fanatlar arasında baş verən qarşıdurmanı gözyaşardıcı qazdan istifadə edərək dayandırmağa çalışıb. Azarkeşlər təşviş içində stadionu tərk etməyə başlayıblar və nəticədə çıxışlarda izdiham yaranıb. Bir çox azarkeş havadan çıxmağa çalışarkən boğularaq və ya stadionun divarlarından yıxılaraq ölüb.
Qurbanların rəsmi sayı hələlik açıqlanmayıb, lakin həkimlərdən birinin sözlərinə görə, qurbanların sayı 100 nəfəri ötüb.
“Xəstəxanada cəsədlər gözün göründüyü qədər düzülüb. Digərləri dəhlizlərdə yerdə uzanır. Morq doludur,”-o deyib.
Bildirilir ki, iğtişaşlar Nzerekora küçələrinə yayılıb, burada qəzəbli izdiham iğtişaşlar törədib və yerli polis idarəsini yandırıb.
Almaz Həsənli