Zelenski: Ukrayna Silahlı Qüvvələri itirilmiş əraziləri geri qaytara bilməyəcək
Ukrayna Silahlı Qüvvələri itirilmiş əraziləri geri qaytarmaq iqtidarında deyil. Bunu “Kyodo”ya müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, Ukrayna ordusunun itirilmiş əraziləri qaytarmağa gücü çatmır. O, əlavə edib ki, Ukrayna münaqişəsinin “çətin dövrü” başlayıb. Prezident belə qənaətə gəlib ki, Kiyev ərazilərlə bağlı məsələnin diplomatik həll yolunu axtarmalı olacaq.
Bundan əvvəl Zelenski Ukrayna Silahlı Qüvvələrində qüvvələrin olmamasından şikayətlənib və tərəfdaşlarından Ukraynaya yardımı genişləndirməyi tələb edib. Eyni zamanda, o, münaqişənin diplomatik yolla həllinin mümkünlüyünü açıqlayıb, ancaq bir şərtlə ki, Ukrayna öz maraqlarını müdafiə edəcək qədər güclü olsun.
Almaz Həsənli
Digər xəbərlər