Türkiyə Azərbaycana yeni səfir təyin edib
Türkiyə Azərbaycana yeni səfir təyin edib.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə "Anadolu" agentliyi diplomatik mənbələrə istinadla xəbər verib.
Bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bəzi səfirlik və daimi nümayəndəliklər üçün yeni təyinatları elan edib.
Bu məlumata əsasən, əvvəllər Türkiyə Maarif Vəqfinin sədri olan Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Oxuməni.az
Digər xəbərlər