Qətllə ilə bağlı Çin və Monqolustan vətəndaşları həbs edilib
Pekin-Ulan-Bator marşrutu ilə Çingiz xan hava limanına enən Çin vətəndaşları girov götürülüb, onlardan birinodlu silahla öldürülüb. Bu barədə Monqolustan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə, Çindən birbaşa reyslə gələn iki vətəndaşı burada müvəqqəti məskunlaşan həmyerliləri qarşılayıb. Yerli media xəbər verir ki, bu zaman 22 və 23 yaşlı iki gənc onları girov götürərək külli miqdarda pul tələb edib. Bu zaman cinayətkarlar “V” adlı 32 yaşlı çinlini güllələyiblər.
DİN-in məlumatında Çin vətəndaşının həmyerlisi tərəfindən aldadılaraq Monqolustana aparıldığı, daha sonra isə Xoşıq Vadisi ərazisində qaçırılaraq güllələndiyini bildirir. Bu ağır cinayətlə bağlı iki Monqolustan vətəndaşı da istintaqa cəlb olunub.
Oxuməni.az