
Dünya yenidən qurulacaq Suriyadan qorxmamalıdır
Dünya yeni liderlik altında qurulacaq Suriyadan qorxmamalıdır. Suriya müxalifətinin lideri Əhməd əl-Şaraa Sky News-a danışıb.
“Qorxu əvvəlki rejimin mövcudluğuna əsaslanırdı, indi isə ölkə inkişafa və yenidənqurmaya doğru gedir, sabitliyə doğru irəliləyir”, - deyə Əhməd əl-Şara panikaya əsas olmadığını qeyd edib. O deyib ki, ölkə yenidən qurulacaq.
Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil oldular, bundan sonra hökumət bölmələri şəhəri tərk etdilər. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali respublikada hakimiyyətin sülh yolu ilə təhvil verilməsinə hazır olduğunu bildirib.
Oxuməni.az
Digər xəbərlər