Cubaland əyalətində döyüşlər başlayıb
Somalinin yarı-muxtar Cubaland əyalətində federal və regional qüvvələr arasında toqquşmalar baş verib. Reuters bu barədə Somali rəsmilərinə istinadən məlumat yayıb.
Jubaland təhlükəsizlik nazirinin köməkçisi Adan Əhməd Hacı əyalətin paytaxtı Kismayoda mətbuat konfransında deyib: "Bu səhər federal qüvvələr dronlardan istifadə edərək Ras Kambonidə Cubaland hərbçilərinə hücum ediblər və nəticədə döyüşlər başlayıb".
Dekabrın 9-da Somali hakimiyyəti Efiopiyanın Cubaland əyalətinin paytaxtı Kismayoya silah tədarük etdiyini açıqladı. Dekabrın 10-da dövlət orqanları bu məlumatı təkzib edərək bildiriblər ki, regionda Efiopiya hərbi və ya Efiopiya silahları yoxdur,
Noyabrın 28-də Cubaland səlahiyyətliləri Moqadişuda Somali federal hökuməti ilə əlaqələri kəsdiklərini elan ediblər.
Oxuməni.az