Ukrayna öz ərazisində xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır
Ukrayna hakimiyyəti ölkə ərazisinə xarici qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə hazırdır. Bunu Avropa və Avroatlantik inteqrasiya üzrə baş nazirin müavini – Ukraynanın ədliyyə naziri Olqa Stefanişina Avropanın “Politico” nəşrinə müsahibəsində deyib.
Kiyevin öz ərazisində xarici qoşunları qəbul etməyə hazır olub-olmadığı sualına o, “Ukrayna işə yarayacaq hər şey haqqında danışmağa hazırdır” dedi.
Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Daha sonra “Le Monde” qəzeti Makronun Ukraynaya birgə təlimatçılar göndərmək üçün Aİ-də koalisiya yaratmaq istədiyini, noyabrın 25-də isə qəzet Avropa ölkələrinin özəl hərbi şirkətlərdən əsgər və ya döyüşçülərin göndərilməsi ilə bağlı müzakirələri bərpa etdiyini yazıb.
Oxuməni.az