Qəzzanın bərpası üçün Ər-Riyad ABŞ-ın nüvə çətiri altına alına bilər
Birləşmiş Ştatlar Qəzza zolağının yenidən qurulmasında iştirakının müqabilində Səudiyyə Ərəbistanını “nüvə çətiri altına alacağına” söz verib. Bu barədə amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş Substack platformasındakı bloqunda məlumat verib.
"İsraildəki etibarlı mənbə mənə dedi ki, bu danışıqlarda yeni element vardır. Bunlar Səudiyyə Ərəbistanı və onun vəsaitlərinin Qəzzanın yenidən qurulması planında uzunmüddətli iştirakıdır. Səudiyyə Ərəbistanının dəstəyi və pulu müqabilində, Birləşmiş Ştatlar öz rəhbərliyinə genişləndirilmiş müdafiə müqaviləsi təklif edəcək. Bu müqavilə İranın nüvə bombasına malik olduğu halda Səudiyyə Ərəbistanını nüvə çətiri altına alacaq. Bununla belə, hələ bu müqavilə yoxdur.
Oxuməni.az
Digər xəbərlər