Hindistan Rusiya neftini əvəz edəcək vasitə axtarmağa başlayıb
Ənənəvi olaraq Rusiya neftini alan Hindistanın dövlət neft emalı zavodları Yaxın Şərq bazarlarında xammal almaq imkanlarını araşdırmağa başlayıblar. Bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Şirkətlər Rusiya neftinin idxalı ilə bağlı çətinliklərə görə alternativ tədarük kanalları axtarmağa məcbur olurlar. Məlumata görə, Indian Oil, Bharat Petroleum və Hindustan Petroleum yanvar ayında hasilat güclərini tam istifadə etmək üçün 10 milyon barrelə qədər Rusiya nefti çatışmazlığı ilə üzləşəcəklər.
Hindistan şirkətlərinin rəhbərliyi etiraf edir ki, təkcə Rusiya tədarükünə arxalanmaq mümkün deyil.
Reuters qeyd edir ki, Moskva hasilatın azaldılmasını və əvvəlki artıq kvotaların kompensasiyasını nəzərdə tutan OPEC+ qarşısındakı öhdəliklərə əməl etməyə məcburdur. Bundan başqa, yerli neftayırma zavodlarında təmir başa çatdıqdan sonra Rusiya neftinin emalının artması da xammal ixracının həcminin azalmasına səbəb olur.
Oxuməni.az