Danimarka Trampın sözlərindən sonra Qrenlandiyanın müdafiəsini gücləndirəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Vaşinqtonun əraziyə nəzarəti ələ alması lazım olduğunu deməsindən sonra Danimarka hökuməti Qrenlandiyanın müdafiəsi üçün əlavə vəsait ayrıldığını açıqlayıb. Bu barədə Britaniyanın BBC Yayım Korporasiyası Danimarkanın müdafiə naziri Troels Lund Poulsenə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, Qrenlandiyanın müdafiəsi üçün ayrılan vəsaitin məbləği kronlarla "iki rəqəmli məbləğ" təşkil edəcək. Nazir dəqiq məbləği açıqlamayıb, lakin yerli medianın hesablamalarına görə, bu, “təxminən 12-15 milyard kron” olacaq. Poulsen əlavə edib ki, bu pulla Danimarka iki yeni gəmi və eyni sayda uzaq mənzilli dron ala biləcək.
Bundan əlavə, Danimarka adanın paytaxtı Nuukda Arktika Komandanlığının şəxsi heyətinin sayını artırmaq niyyətindədir.
Oxuməni.az