Finlandiya Estoniya ilə dənizaltı elektrik kabelinin zədələndiyini bildirdi

Finlandiya Estoniya ilə dənizaltı elektrik kabelinin zədələndiyini bildirdi

26 Dekabr 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiyanın milli şəbəkə operatoru Fingrid bildirib ki, Finlandiya və Estoniyanı birləşdirən Estlink 2 sualtı elektrik kabeli zədələnib. Zədənin səbəbi məlum deyil.

Bu barədə RBC-Ukrayna Yle-yə istinadən xəbər verir.

Qeyd olunur ki, kabel zədələndiyi üçün Finlandiya ilə Estoniya arasında Estlink 2 vasitəsilə elektrik cərəyanı ötürülmür. İndi mütəxəssislər nasazlığın səbəbini araşdırır.

Fingrid dispetçer xidmətinin rəhbəri Arto Pahkin, "Vandalizm ehtimalını istisna etmək olmaz, lakin biz vəziyyəti bütövlükdə nəzərdən keçiririk və nasazlığın səbəbi məlum olanda məlumat verəcəyik" dedi.

Şirkətin məlumatına görə, Estlink 2 bağlantısı dekabrın 25-i çərşənbə günü saat 12:26-da kəsilib. Kəsinti zamanı Finlandiyadan Estoniyaya elektrik ötürülməsi 658 MVt idi.

Finlandiyanın baş naziri Petteri Orpo vəziyyəti şərh edərək, cərəyan ötürücüsünün kəsilməsinin ölkə vətəndaşlarının enerji təchizatına təsir göstərmədiyini bildirib.

Oxuməni.az