Ukrayna ikinci Sülh Sammiti üçün hər şeyi hazırlayıb

Ukrayna ikinci Sülh Sammiti üçün hər şeyi hazırlayıb

27 Dekabr 20:12
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna II sülh sammitinin keçirilməsi üçün lazım olan hər şeyi hazırlayıb, lakin onun üzərində iş hələ də davam edir.

Bunu mətbuat konfransı zamanı RBC-Ukrayna müxbirinin sualını cavablandıran Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) spikeri Georgi Tixi deyib.

“Özünüz də görürsünüz ki, indi tarixi proseslər gedir və Avropa ölkələrində müharibənin ədalətli başa çatması sülh üçün əsas olaraq qalır , bu dəyişməzdir”, - deyə Tixi Kiyevin ikinci Sülh Sammitindən əvvəl sülh planını nümayiş etdirib- nümayiş etdirməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

Xarici İşlər Nazirliyinin spikeri əlavə edib ki, Ukrayna ikinci Sülh Sammiti üçün hər şeyi, o cümlədən ümumi mövqeləri razılaşdıran bütün tematik konfransların keçirilməsini hazırlayıb.

Oxuməni.az