Rusiya Federasiyasında mobil və stasionar telefonlara internet zəngləri qadağan edilib
Rusiyada mobil və stasionar nömrələrə internet vasitəsilə zəng etmək imkanı ləğv edilib. Bu, Rusiya hökumətinin şənbə günü, dekabrın 28-də dərc edilmiş fərmanından irəli gəlir.
Bildirilir ki, internet məlumatlarının səsli məlumatlar vasitəsilə ötürülməsi lisenziyası rabitə xidmətlərinin göstərilməsi üçün lisenziyalar siyahısından çıxarılıb. "Bu, İnternetdən istifadə edərək, stasionar telefon və ya mobil rabitə şəbəkəsindən istifadə edən şəxslə əlaqə saxlamağa imkan verirdi", - sənəddə izah edilir.
Rusiya hökuməti bildirir ki, bu tədbir telefon fırıldaqçılığı ilə mübarizə üçün atılıb. Sənəddə deyilir: "Əksər hallarda bu cür texnologiyalar fırıldaqçılar tərəfindən istifadə olunurdu, çünki bu, nömrələri əvəz etməyə imkan verirdi".
Nazirlər Kabineti “qərarın adi telefon istifadəçilərinə heç bir təsir göstərməyəcəyini” bildirib."Messencerlərdə səsli rabitədən istifadə edən insanlar stasionar və mobil telefon şəbəkəsinə girmədən internet üzərindən ünsiyyəti təmin edən xüsusi proqramlardan istifadə edirlər", - hökumət qərarında deyilir.
Qısaca demək olar ki, tədbir telefon fırıldaqçılarına qarşı mübarizə məqsədi daşıyır. Bu, messencerlərin işinə təsir etmir, yalnız İP telefoniya vasitəsilə adi nömrələrə edilən zənglərə qarşı yönəlib.
Almaz Həsənli