Harrisin rəhbərlik etdiyi ABŞ Konqresi Trampın seçkilərdə qələbəsini təsdiq edəcək

Harrisin rəhbərlik etdiyi ABŞ Konqresi Trampın seçkilərdə qələbəsini təsdiq edəcək

6 Yanvar 12:20
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Konqresinin Senatı və Nümayəndələr Palatası yanvarın 6-da birgə iclas keçirəcək və bu iclasda 2024-cü il noyabrın 5-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq etməli olacaqlar.

Amerika mediası hesab edir ki, seçkilərin nəticələrinin təsdiq edilməsi proseduru bu dəfə dörd il əvvəl Vaşinqtonda baş verənlərə bənzər etiraz və iğtişaşlara çevrilməyəcək və uzun onilliklər ərzində olduğu kimi, sırf formallığa çevriləcək. 2021-ci il yanvarın 6-da Vaşinqtonda ona dəstək verən minlərlə nümayişə toplaşan o vaxtkı prezident Trampın tərəfdarları seçkinin nəticələrinin təsdiqlənməsinə mane olmağa çalışaraq Konqresə soxulublar.

Oxuməni.az