Ərdoğan: Türkiyə Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır
Türkiyə Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olmasının tərəfdarıdır və hər zaman Azərbaycanın tərəfində olacaq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığında deyib.
"Söhbət zamanı ikitərəfli münasibətlər, regional və qlobal məsələlər müzakirə edilib. Prezident Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan "bir millət iki dövlət” prinsipini rəhbər tutaraq bütün sahələrdə əməkdaşlığı bundan sonra da inkişaf etdirəcəklər. Prezident Ərdoğan Türkiyənin Azərbaycanı dəstəklədiyini bildirib. Cənubi Qafqaz regionunda davamlı sülhün bərqərar olması və hər zaman Azərbaycanın tərəfində olacaq”, - Türkiyə liderinin administrasiyası telefon danışığından sonra bildirib.
Oxuməni.az
Digər xəbərlər