Çində avtomobili izdihamın üzərinə sürən sürücü edam edilib
Bazar ertəsi Çinin cənubundakı Quandun əyalətinin Çjuhay Aralıq Məhkəməsi avtomobili qəsdən piyada izdihamının üzərinə sürən Fan Veytsyu adlı sürücü haqqında çıxarılan ölüm hökmünü lcra edib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edildiyi kimi, edam ÇXR Prokurorluğunun əməkdaşlarının iştirakı ilə həyata keçirilib. Prosedurların qanunvericiliyə uyğun həyata keçirilməsini təmin ediblər.
Fan Veytsyu haqqında hökm dekabrın 27-də çıxarılıb. Məhkəmə müttəhimin "ictimai təhlükəsizliyə təhdid yaratdığı" qənaətinə gəlib. Onun əməli “son dərəcə alçaq” və cinayətin xarakteri və onun törədildiyi üsullar “son dərəcə alçaq və qəddar” hesab edilib.
Çjuhay şəhərində qəza noyabrın 11-i axşam saatlarında baş verib. 35 nəfərin həyatına son qoydu, 43 nəfər isə ağır yaralandı. Kütlənin üstünə çıxan avtomobil idman kompleksinin səkisinə çıxıb. 62 yaşlı sürücü hadisə yerindən qaçmağa cəhd etsə də, polis tərəfindən saxlanılıb.
Almaz Həsənli