Türkiyə kosmik əməkdaşlığı genişləndirir

Türkiyə kosmik əməkdaşlığı genişləndirir

Bəyəndim (1) Bəyənmədim (0)

Türkiyə Kosmik Agentliyi (TUA) və ABŞ-ın “Axiom Space” şirkəti arasında Türkiyənin kosmik sənayesini inkişaf etdirmək məqsədi daşıyan anlaşma memorandumu imzalanıb. Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacir bildirib ki, saziş kosmik texnologiya, aviasiya, tekstil, materialşünaslıq, qabaqcıl istehsal, rabitə və həyat elmləri sahələrində əməkdaşlığı əhatə edir.Bu barədə “TRT rus xidməti” xəbər verr.
“Bu memorandum kosmik sənayemiz üçün mühüm addımdır. Tamamlanmış layihələr Türkiyənin qlobal kosmos iqtisadiyyatında daha əhəmiyyətli yer tutmasına imkan verəcək, həcmi tezliklə ildə 1 trilyon dollara çatacaq”, - deyə Kaçır vurğulayıb.
“Axiom Space” kommersiya kosmik stansiyalarının inkişafı və insan missiyalarının təşkili üzrə ixtisaslaşmış özəl Amerika şirkətidir. O, NASA və digər tərəfdaşlarla ISS-nin əvəzedicisini hazırlamaq və insanların kosmosda uzunmüddətli mövcudluğu üçün infrastrukturu inkişaf etdirmək üçün işləyir.
Müqavilə tədqiqat laboratoriyalarının, dərin kosmik materiallar üçün sınaq meydançalarının, aşağı Yer orbitində nəqliyyat və logistika dəstək mərkəzlərinin və gələcək astronavtlar üçün təlim obyektlərinin yaradılmasını nəzərdə tutur.
TUA-nın baş direktoru Yusuf Kıraç bu təşəbbüsün gəncləri kosmik sektorda karyera qurmağa ruhlandıracağını, “Axiom Space”-in Baş Gəlirlər Direktoru Tejpaul Bhatia isə əməkdaşlığın türk təchizatçılarının qlobal kosmik təchizat zəncirinə inteqrasiyasını təmin edəcəyini qeyd edib.
Almaz Həsənli