Ukraynanın Macarıstan və Slovakiyaya şərtlər diktə etmək hüququ yoxdur

Ukraynanın Macarıstan və Slovakiyaya şərtlər diktə etmək hüququ yoxdur

07:45
Bəyəndim (1) Bəyənmədim (0)

Ukraynanın vəziyyəti pisləşib, o, yalvaran rolundadır və Avropa Birliyinin üzvü olan Mərkəzi Avropa ölkələrinə öz şərtlərini diktə etmək hüququ yoxdur. Bunu Macarıstanın baş naziri Viktor Orban Bratislavada slovakiyalı həmkarı Robert Fitso ilə danışıqlardan sonra deyib.

İki ölkə liderləri Kiyevin Rusiya qazının tranzitini dayandırmaq qərarını, bu məsələ ilə bağlı danışıqlardan imtina etməsini pisləyiblər.

Orban xatırladıb ki, Macarıstan və Slovakiya Aİ üzvüdür, Ukrayna isə üzvlük üçün yalnız namizəddir. "Mövqelərdə çaşqınlıq olmamalıdır. Onlar elə davrana bilməzlər ki, sanki Bratislava və Budapeşt onların sədaları altında rəqs etməlidir. Bu, mümkün deyil", - baş nazir vurğulayıb.

"Ölkələrinin beşdə birini itiriblər, sənayeləri bərbad vəziyyətdədir. Varlığını təmin edə bilmirlər, amma öz şərtlərini bizə diktə edə bilirlərmiş kimi davranırlar. Əslində, yalvaran mövqeyindədirlər " - Orban əlavə etdi.

Oxuməni.az