ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xana qarşı sanksiya tətbiq edib

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xana qarşı sanksiya tətbiq edib

14 Fevral 08:19
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xana qarşı sanksiya tətbiq edib. 2023-cü ildə o, Kreml lideri Vladimir Putinin həbsinə order verib.

Bu barədə ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi məlumat yayıb.

Sərəncamda deyilir: “Hüquqi səlahiyyəti olmayan Beynəlxalq Cinayət Məhkəməsi ABŞ personalına və onun bəzi müttəfiqlərinə, o cümlədən İsrailə qarşı yurisdiksiyasını təsdiqləyib və ilkin araşdırmaya başlayıb. Daha sonra Xan İsrailin baş naziri Binyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant üçün əsassız həbs orderləri verməklə səlahiyyətlərindən sui-istifadə edib”.

Sənəddə bildirilir ki, BCM-nin İsrail və ABŞ-a qarşı son hərəkətləri ABŞ-ın hazırkı və keçmiş hərbçilərini, o cümlədən silahlı qüvvələrin həqiqi hərbi qulluqçularını birbaşa təhlükə altına almaqla təhlükəli presedent yaradıb.

2024-cü ilin noyabrında BCM-nin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verdiyi bildirilir. Onlar Qəzza zolağında müharibə zamanı törədilmiş cinayətlərdə ittiham olunublar.

Xatırladaq ki, 2023-cü ilin martında BCM Vladimir Putinin həbsinə order verib. Sərəncam uşaqların Ukraynadan Rusiyaya qanunsuz deportasiyası ilə bağlı idi. Bundan əlavə, BCM Putinin törətdiyi digər hərbi cinayətləri də araşdırır.

Əziz Mustafa, Oxuməni.az