Ottava Trampın Kanadanın ABŞ-a qoşulması ilə bağlı sözlərini Londonla müzakirə edib

Ottava Trampın Kanadanın ABŞ-a qoşulması ilə bağlı sözlərini Londonla müzakirə edib

19 Fevral 08:27
Bəyəndim (1) Bəyənmədim (0)

Kanada hakimiyyəti Böyük Britaniya hökuməti ilə ABŞ prezidenti Donald Trampın Kanadanın ABŞ-a qoşulması ilə bağlı açıqlamalarını müzakirə edib, lakin kral ailəsi bu müzakirələrdə iştirak etməyib. Bunu hazırda Brüsseldə olan Kanada Xarici İşlər Nazirliyinin rəhbəri Melani Coli onlayn brifinq zamanı deyib.

"Britaniya monarxiyası ilə Trampın bəyanatları ilə bağlı danışıqlara gəlincə, bu müzakirə olunmadı, əgər söhbət Britaniya hökuməti ilə danışıqlardan gedirsə, bəli, həqiqətən də biz Britaniya hökuməti ilə, baş nazir Keir Starmer ilə sıx əlaqədəyik", - Coli deyib.

Kanada konstitusiyasına görə, ölkə Britaniya monarxiyası tərəfindən idarə edildiyi üçün ABŞ prezidentinin bəyanatları ilə bağlı kral ailəsinin üzvləri məsələyə münasibət bildirməlidirlər. Lakin kral ailəsi bu günə kimi Trampın Kanada ilə bağlı dediklərinə münasibət bildirməyib. Bundan əlavə, Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ dövlət katibi Marko Rubio ilə bu məsələni müzakirə etmədiyini bildirib.

Tramp bundan əvvəl bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasının tərəfdarı olduğu fikrini bildirmişdi. O hesab edir ki, belə birlik Kanadaya iqtisadi sabitlik gətirəcək və onu Amerika prezidentinin sözlərinə görə, Rusiya və Çindən gələn xarici təhlükələrdən qoruyacaq.

Əziz Mustafa, Oxuməni.az