
ABŞ bildirib ki, Aİ Ukrayna üzrə sülh sazişində iştirak etməli olacaq
Vaşinqton hesab edir ki, Avropa İttifaqı bu və ya digər şəkildə Ukrayna münaqişəsinə son qoymaq üçün sazişin bağlanmasında iştirak edəcək, çünki saziş çərçivəsində Moskva blokdan sanksiyaların yumşaldılmasını tələb edə bilər, Bloomberg çərşənbə günü mənbələrə istinadən xəbər verir.
"ABŞ rəsmiləri avropalı həmkarlarına bildiriblər ki, Aİ Ukrayna ilə bağlı istənilən sülh sazişində iştirak etməli olacaq, çünki Rusiya blokun tətbiq etdiyi sanksiyaların sazişin bir hissəsi kimi yumşaldılmasını istəyir", - agentlik vəziyyətlə tanış olan mənbələrə istinadən yazır.
ABŞ həmçinin avropalı həmkarlarını məlumatlandırıb ki, prioritet vəzifə döyüşləri dayandırmaq, ondan sonra isə Ukrayna üçün potensial təhlükəsizlik təminatları kimi məsələləri müzakirə etməkdir.
Əvvəllər ABŞ nümayəndələri münaqişənin həllini müzakirə etmək üçün Rusiya və Ukrayna rəsmiləri ilə görüşlər keçirib, halbuki bu məsələ Aİ ilə bu formatda müzakirə olunmayıb. Bəzi Avropa liderləri bu yanaşmadan narazı olduqlarını bildiriblər.
Əziz Mustafa, Oxuməni.az