FƏTH HƏMAS-ı Qəzzada hakimiyyətdən əl çəkməyə çağırıb

FƏTH HƏMAS-ı Qəzzada hakimiyyətdən əl çəkməyə çağırıb

26 Mart 11:17
Bəyəndim (1) Bəyənmədim (0)


Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatı Qəzzada fələstinlilərin "varlığını" qorumaq üçün HƏMAS terror qruplaşmasını hakimiyyətdən əl çəkməyə çağırıb.
Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə FƏTH-in Qəzza zolağı üzrə mətbuat katibi Munter əl-Hayek bildirib. Onun sözlərini WAFA xəbər agentliyi sitat gətirir.
“HƏMAS Qəzza xalqına – onun uşaqlarına, qadınlarına və kişilərinə mərhəmət göstərməlidir”, – FƏTH sözçüsü Munter əl-Hayek bildirib.
"Biz HƏMAS-ı Fələstin milli idarəsinə (FMİ ) və Fələstin Azadlıq Təşkilatına öz vəzifələrini yerinə yetirmək üçün Qəzza zolağında hökumət səhnəsindən çəkilərək xalqımızın səsinə qulaq asmağa çağırırıq", - FƏTH sözçüsü bildirib.
O, HƏMAS-ı “idarəçilikdən geri çəkilməyə və aydın şəkildə başa düşməyə çağırıb ki, əgər onlar hakimiyyəti saxlasalar, gələcək döyüş Fələstin xalqının ölümünə səbəb olacaq”.
Almaz Həsənli