MKİ sovet hərbçilərinin yadplanetlilərin UNO-lardan ölümü ilə bağlı hesabatı açıqlayıb

MKİ sovet hərbçilərinin yadplanetlilərin UNO-lardan ölümü ilə bağlı hesabatı açıqlayıb

14 Aprel 08:59
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) sovet hərbçilərinin 1980-ci illərin sonlarında Sibirdə naməlum uçan obyektlə (UFO) qarşılaşdıqdan sonra öldürüldüyünü iddia edən hesabatın məxfiliyini ləğv edib. Sənəd MKİ-nin saytında dərc edilib.

Kanadanın həftəlik həftəlik “Weekly World News” nəşrinə istinadən yazılan məqalədə qeyd olunur ki, SSRİ dağılandan sonra MKİ Dövlət Təhlükəsizlik Komitəsindən (KQB) külli miqdarda material, o cümlədən təlimlər zamanı hərbi bazanın ərazisində UNO insidentinə dair 250 səhifəlik fayl alıb.

Sənəddə bildirilirdi ki, sovet əsgərləri səmada uçan nəlbəkişəkilli obyekti görüb və ona raket atəşinə tutub, Bu, obyektin qəzaya uğramasına səbəb olub. Dağıntılar arasından "iri başlı və iri qara gözlü beş qısa humanoid" çıxıb. Onlar yüksək uğultu səsi ilə müşayiət olunan parlaq bir işıq parıltısı yaydılar. Bundan sonra 23 əsgər daşlaşmışdı. Kölgədə olduqları və parıltıdan təsirlənmədiyi üçün yalnız iki nəfər sağ qalıb.

Hesabat KQB-nin məlumatlarına istinad edir ki, UFO-ların qalıqları və daşlaşmış əsgərlər Moskva yaxınlığındakı gizli tədqiqat institutuna aparılıb. Sovet alimləri belə nəticəyə gəliblər ki, naməlum enerji əsgərlərin molekulyar quruluşunu dəyişərək bədənlərini tərkibində əhəng daşına oxşar maddəyə çevirib.

Hesabatda adı çəkilən MKİ rəsmisi hadisəni “narahatedici” adlandırıb və qeyd edib ki, əgər təsvir edilənlər doğrudursa, yadplanetlilərin texnologiyası Yerin texnologiyasından qat-qat üstündür.

Bununla belə, bunun həqiqiliyi şübhə doğurur: sənəddə bildirilir ki, məlumat mənbələrindən biri 1993-cü ildə çıxan “Ukraynanın səsi” qəzeti və “Ternopil Veçerniy” qəzetində gedən “Kosmik qisas” məqaləsidir. Üstəlik, bu hadisə uzun müddətdir ki, internetdə yayılır və bir çoxları tərəfindən şəhər əfsanəsi kimi qəbul edilir.

2023-cü ildə ABŞ Konqresində yerdənkənar sivilizasiyaların mövcudluğuna və onlarla mümkün təmaslara həsr olunmuş ilk ictimai dinləmələr zamanı keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin zabiti Devid Qruş UFO insidentlərinin baş verdiyi ərazilərdə qeyri-insani texnologiyaların kəşf edildiyini bildirmişdi.

Əziz Mustafa, Oxuməni.az