Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə ABŞ-ın regionda etibarlı tərəfdaşı olaraq qalır

Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkə ABŞ-ın regionda etibarlı tərəfdaşı olaraq qalır

12:23
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili hesab edir ki, Gürcüstanın hazırkı hakimiyyətini antiamerikan adlandırmaq üçün heç bir əsas yoxdur.

ABŞ dövlət katibi Marko Rubionun Gürcüstanla bağlı sözlərini şərh edən Boçorişvili "Rustavi 2" telekanalının efirində deyib: "Bizim ABŞ-la çox yaxşı sistem əməkdaşlığımız olub və davam edir və bu əməkdaşlığı şübhə altına almaq üçün heç bir əsas yoxdur. Son 30 ildə Gürcüstan ABŞ üçün regionda etibarlı tərəfdaş olan ölkə olaraq qalıb".

Çərşənbə günü ABŞ Nümayəndələr Palatasında çıxış edən Rubio və Konqresmen Co Vilsonun Dövlət Departamentinin Gürcüstanın anti-Amerika hakimiyyətlərinə qarşı hansı addımlar atacağı ilə bağlı sualını cavablandırarkən, məsələnin müzakirə olunduğunu bildirib.

"ABŞ-ın məqsədi bizim milli maraqlarımızdır. Biz özümüzə sual veririk ki, antiamerikan hökumətlərin olması bizim maraqlarımıza uyğundur, yoxsa, bu cür hökumətlərin bədəlini ödəməsi üçün müvafiq tədbirlər görürük", - Rubio Gürcüstan mətbuatına istinadən bildirib.

Xarici işlər naziri Boçorişvili hesab edir ki, ABŞ Gürcüstan və regionla bağlı mövqeyini hələ müəyyənləşdirməyib.

"Dövlət katibinin Konqresdəki çıxışı Amerikanın milli maraqlarının qorunması ilə bağlı idi, ona görə də dövlət katibinin sözlərini Gürcüstanla bağlı bəyanat kimi qəbul edə bilmərəm; bu, konqresmenin sualına cavab idi", - Boçorişvili bildirib.

Əziz Mustafa. Oxuməni.az