
Saymon Keys: Dünya onillik münaqişə ilə üz-üzədir
Növbəti 10 və ya 20 il dünyada davamlı silahlı münaqişələr şəraitində keçə bilər. Bu fikri Britaniya Nazirlər Kabinetinin keçmiş katibi Saymon Keys deyib, The Times yazır.
Onun sözlərinə görə, bu cür risklər diktatorların və avtokratların yüksəlişi nəticəsində yaranıb.
"Övladlarımın həyatına baxanda başa düşürəm ki, qarşıdakı 10-20 ili bu dövlətlərarası münaqişə müəyyən edəcək. Biz Qərb alyansı ölkələri olaraq tələsməli və hazırlaşmalıyıq".
Bundan əvvəl Britaniya Rusiya Silahlı Qüvvələrinin (RF) qoşunlarını Ukraynanın “qala şəhəri” Xarkov yaxınlığında cəmlədiyini açıqlamışdı. Sky News-un hərbi analitiki Maykl Klark əlavə edib ki, elit bölmələr, o cümlədən hava-desant qüvvələri Xarkov vilayətinin sərhədinə yerləşdirilib.
Əziz Mustafa, Oxuməni.az