
Putin Ukrayna ilə danışıqlar üçün Vatikana getmək istəmir
Rusiya prezidenti Vladimir Putin yaxın gələcəkdə Vatikanda və ya başqa yerdə Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyəcək, cümə axşamı, mayın 22-də Bloomberg Rusiya rəsmilərinə istinadən xəbər verir. Kreml mayın 16-da İstanbulda başlayan texniki səviyyəli danışıqlara diqqət yetirməyə üstünlük verir.
Politoloq Sergey Markovun fikrincə, Putin NATO ölkəsi İtaliyaya “təhlükəsizlik baxımından” getməyəcək, həmçinin Rusiya Vatikanı münaqişədə neytral tərəf hesab etmədiyinə görə.
Vatikanın danışıqlar prosesinə cəlb edilməsi Rus Pravoslav Kilsəsində də şübhə doğurur - o, Müqəddəs Taxt-taca Ukraynada "tarixi rəqib" kimi baxır, həmçinin onu Ukrayna Pravoslav Kilsəsinin (Moskva Patriarxlığı) kilsələrini bağlayan Kiyev hakimiyyətini tənqid etmədiyinə görə qınayır.
Kremlə yaxın üç mənbə “Bloomberg”-ə bildirib ki, Moskva gələcək sülh memorandumunun şərtlərinin müzakirəsi üçün platforma kimi Türkiyəyə üstünlük verir. Yüksək səviyyəli Avropa rəsmilərindən biri qeyd edib ki, Rusiyanın Türkiyəni seçməsi və 2022-ci il danışıqları Rusiyanın “baçlanğıc nöqtəsinə qayıtmaq” niyyətindən xəbər verə bilər.
Görüşün Vatikanda keçirilməsi ideyasını ABŞ prezidenti Donald Tramp irəli sürüb. Daha sonra bu təşəbbüs yeni pontifik Papa XIV Leo tərəfindən dəstəklənib.
“The Washington Post” yazır ki, İtaliya danışıqlarda iştirak etmək üçün nümayəndələrinə keçid təmin etməyə hazır olduğu barədə Moskvanı xəbərdar edib, lakin bunun Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi altında olan Putinə şamil olunub-olunmayacağı hələ məlum deyil. İtaliya BCM-nin yurisdiksiyasını tanıyır və Roma Statutunu ratifikasiya etmişdir.
Almaz Həsənli