
BƏƏ-yə aid tanker İran yaxınlığında ələ keçirilə bilər
Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqəli və Panama bayrağı altında üzən qida tankeri İran sahillərində qaçırılmış ola bilər. Bu barədə Britaniyanın dəniz təhlükəsizliyi sahəsində fəaliyyət göstərən Ambrey şirkətinə istinadən Reuters agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, insident İranın Oman körfəzindəki Cask limanından 94,5 km şimal-qərbdə baş verib.
Ambreyin sözlərinə görə, gəmi İranın “kölgə donanması” ilə əlaqəli ola bilər.
Mayın 18-də Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bildirib ki, Rusiya Estoniyanın Sillamae limanından Rotterdama gedən Yunanıstanın “Aegean Shipping” şirkətinin “Green Admire” tankerini saxlayıb. Onun sözlərinə görə, gəminin dəniz marşrutu Estoniya, Finlandiya və Rusiya tərəfindən razılaşdırılıb.
Əziz Mustafa, Oxuməni.az