“Uşaq İncəsənət Festivalı - 2025” çərçivəsində seçim turuları davam edir

“Uşaq İncəsənət Festivalı - 2025” çərçivəsində seçim turuları davam edir

Bəyəndim (3) Bəyənmədim (0)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Uşaq İncəsənət Festivalı - 2025”-in seçim turuları davam edir.

Bu gün festival çərçivəsibdə keçirilən növbəti mərhələ Abşeron rayonu Xırdalan şəhərində yerləşən Mədəniyyət Evində təşkil edilmişdir.

Səhər saatlarında başlayan festival uşaqların maraqlı çıxışları ilə daha da rəngarəng olmuşdur.

Festivalda Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin yetirmələri xüsusi fəallıqları ilə liderliyi ələ keçirməyi bacarmışdılar.

Festivalın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, milli mədəniyyətin və incəsənətin təbliği, uşaqların milli vətənpərvərlik, mədəniyyətə, incəsənətə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsi, onlarda mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərilməsidir.

Qeyd edim ki, festivalın final mərhələsi 2025-ci il sentyabr ayında Bakı şəhərində keçiriləcək. Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq.

Sonda bütün iştirakçılara uğurlar arzulayıram!

Murad Şahməmmədov,

Oxuməni.az