
Lavrov: Ermənistan Azərbaycan ərazilərini ələ keçirmək üçün Rusiya silahlarından istifadə edib
Ermənistan müstəqillik əldə etdikdən sonra bütün illərdə Rusiya silahlarından istifadə edib, o cümlədən heç vaxt rəsmi olaraq iddia etmədiyi 7 rayonu ələ keçirmək üçün. Ermənistan mətbuatının yaydığı məlumata görə, bunu İrəvanda keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Azərbaycanın işğal olunmuş əraziləri azad etmək üçün Rusiya silahlarından istifadə etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
"Ermənistanın ilk liderlərindən heç biri “Dağlıq Qarabağ”ın müstəqil qurum kimi tanınmasını heç vaxt təklif etməyib. Azərbaycanın mübahisəsiz ərazilərini ələ keçirmək və orada istehkamlar və döyüş xətləri qurmaq üçün Rusiya silahlarından istifadə edilib ki, bu da onu göstərirdi ki, ərazilərin çox uzun müddət saxlanılması gözlənilirdi. Bəzi analitiklər isə heç vaxt onları Azərbaycana qaytarmaq fikrində olmadıqlarını bildiriblər,"-Lavrov əlavə edib. O,hımçinin vurğulayıb ki, rus silahı Afrikadada istifadə olunur. Məsələn, Mozambik bayrağında Kalaşnikov avtomatı var.
Almaz Həsənli